Hidrotexnika

Hidrotexnika- (hidro…+mexanika)- su ehtiyatlarını, onlardan istifadə yollarını, həmçinin xüsusi hidrotexniki qurğu və avadanlıqların köməyi sayəsində suyun dağıdıcı təsiri ilə mübarizə üsullarını öyrənən elm; müvafiq texnika sahəsi. Hidrotexnika bir elm kimi hidrologiya, hidrogeologiya, hidravlika, hidromexanika və mühəndis inşaat elmlərinə (qruntlar mexanikası, inşaat mexanikası, mühəndis geologiya və s.) əsaslanır.[1]

Hidrotexnika aşağıdakı sahələri öyrənir.

  • Su axınlarının hidrotexniki qurğulara və məcralara təsirini, onların suyun dağıdıcı təsirindən qorunması üsullarını;
  • Çay axınının tənzimləmə metodlarını işləyib hazırlayır;
  • Suyun qruntdan, qurğudan və onların əsaslarından süzülməsi prosesini tədqiq edir;
  • Hidrotexniki qurğuların və onların əsaslarının dayanıqlığı nəzəriyyəsini və s. işləyib hazırlayır.

Hidrotexnika sahəsində nəzəri tədqiqat hidrotexniki qurğuları hesablama və konstruksiyalama metodlarını, onların tikilməsi və istismarı üsullarını yaratmağa imkan verir.

Ekskavator
Ekskavator; əsas hidravlik maşın.
  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search